Şəki dünya müstəvisində

Dünyanın Tarixi Şəhərləri Liqasının İdarə Heyətinin 2008-ci ilin oktyabr ayında keçirilən iclasında  Şəki şəhəri planetin bu mötəbər təşkilatına üzv qəbul edilmişdir.

Dünyanın Tarixi Şəhərləri Liqası mədəniyyət, tarix, incəsənət, ekologiya sahəsində proqramların işlənib hazırlanması və həyata keçirilməsi məqsədilə 1994-cü ildə  nadir mədəniyyəti və ənənələri, zəngin tarixi irsi olan şəhərlərin meriyaları tərəfindən yaradılmilmışdır. Hazirda Dünyanın Tarixi Şəhərləri Liqasında planetimizin 52 olkəsindən 78 şəhər vardır.

Şəkinin xalq tətbiqi sənəti hər il Fransanın Kolmar şəhərində keçirilən Milad bazarında nümayiş olunur. 2008-ci ildən Dünya Tarixi Şəhərlər Liqasının üzvü olan Şəki şəhəri 2016-cı ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan edilib, 2017-ci ildə isə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olunub. Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi üçün iş aparılır.

Hər il Şəki şəhərində keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları insanlara həmişə xoş bayram ovqatı bəxş edir. Bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, musiqisevərlər etiraf edirlər ki, Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır. Festival günlərində təşkil olunmuş konsert proqramları şəhər sakinlərinin dünyagörüşünün, həyat tərzinin və musiqi mədəniyyətinin zənginləşməsinə mühüm təsir göstərir. Şəkidə mütəmadi olaraq keçirilən beynəlxalq festivallar şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır. Nəticədə Şəki turistlər üçün daha da cəlbedici məkana çevrilib, son beş ildə rayona gələn turistlərin sayı yeddi dəfədən çox artaraq 200 min nəfərə çatıb.

Şəki şəhəri də bir sıra dünya şəhərləri ilə qardaşlaşmış şəhər statusunu daşıyır.

Şəki şəhəri ilə qardaşlaşmış şəhərlər: Türkiyə Respublikası, Giresun şəhəri
Türkiyə Respublikası, Lapseki şəhər
Türkiyə Respublikası, Konya vilayəti, Meram şəhəri
Türkiyə Respublikası, Bolu şəhəri, Göynük bələdiyyəsi
Bolqarıstan Respublikası, Qabrovo şəhəri
Belarus Respublikası, Slutsk şəhəri
Gürcüstan Respublikası, Telavi şəhəri
Fransa Respublikası,  Kolmar şəhəri
Xorvatiya Respublikası, Varajdin şəhəri