Ümumi məlumat

Şəki rayonu Böyük Qafqazın cənub yamacında, dəniz səviyyəsindən 500-850 m hündürlükdə yerləşməklə, Azərbaycan Respublikasının antropogen təsirə qismən az məruz qalan subyektlərindən biridir. Ərazisi 2 432,7 kv.km, əhalisinin sayı 01.01. 2019-cu il tarixə 186,5 min nəfərdir. Onlardan 68,3 min nəfəri şəhər, 118,2 nəfəri kənd ərazisində yaşayır.Şəki şəhəri Şəki-Zaqatala iqtisadi rayonunun ən iri sənaye və mədəniyyət mərkəzidir. Şəhər şimal və şərqdən meşəli daglarla, cənubda Qanıx-Əyriçay düzənliyi ilə, qərbdə isə dünyanın ən selli dag çaylarından biri hesab edilən Kiş şayının yatagı ilə əhatələnir. Burada atmosferi, fauna və floranı korlayan, insanların sağlamlığına mənfi təsir göstərə bilən sənaye müəssisələri demək olar ki, yoxdur.Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, sənayedə, tikintidə, ticarət və ictimai iaşədə, təhsil, səhiyyə və digər xidmət sahələrində çalışır.Ətraflı...

Xan Sarayı

Dünya abidələri siyahısına daxil edilmiş Şəki xanlarının yay sarayı olan bu bina Azərbaycan ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə 1761-1762-ci illərdə istifadəyə verilmişdir. Hüseyn xan eyni zamanda «Müştaq» təxəllüsü ilə şerlər yazdığından bəzi mənbələrdə bu saray «Müştaq imarəti» kimi də qeyd olunmuşdur.Xan sarayı ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir.Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir.Saray divarın ornamentliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, dağlamalar, müxtəlif naxışlar, gəc üzərində oymalar adamı valeh edir.Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, süjetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilmişdir. Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir.Saraydakı naxışların zənginliyinə, rəng çalarlarına, stalaktit oymalara, kompozisiyalara baxdıqca ata-babalarımızın qabiliyyətinə, bacarığına, zövqünə və əsrarəngiz əməyinə heyran olursan. Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra yazmışdır: «Əgər Azərbaycanın başqa qədim tikilibri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi».

Son paylaşımlar

29Aprel

Şəkidə Milli Qəhrəman Mikayıl Cəbrayılov haqqında sənədli filmin təqdimatı olub

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Salnaməfi...

Ətraflı

10May

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə əlaqədar Şəkidə tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə əlaqədar may...

Ətraflı

04May

Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Şəkidə konsert proqramı təşkil edilmişdir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fond...

Ətraflı